Prezident İlham Əliyev mayın 10-da mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağasəlim Abdullayev, Müzəffər Ağamalızadə, Akif İslamzadə, Səidə Quliyeva, Firəngiz Mütəllimova, Zemfira Nərimanova və İlham Rəhimliyə Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Dövlət başçısının mayın 10-da imzaladığı digər sərəncamla səhnə fəaliyyəti ilə bağlı 150 nəfər aparıcı incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.