Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Gəncə Şəhər Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın 4 nömrəli Uşaq incəsənət məktəbi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Mən azərbaycanlıyam” adlı hesabat konsertini təqdim edib.
Şagirdlərin Azərbaycan və xarici bəstəkarların əsərlərindən təşkil olunmuş rəngarəng konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Uşaq incəsənət məktəbinin kollektivi Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Dahi şair Nizami Gəncəvinin məqbərəsi ilə tanışlıq da şagirdlərin marağına səbəb olub.