Noyabrın 17-dən 22-dək Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə II Bakı Beynəlxalq İdman Filmləri Festivalı keçiriləcək.
Festivalın məqsədi bütün idman növlərinə həsr olunan, idmanın inkişafına təkan verə biləcək filmləri təbliğ etmək və ən yaxşı film müəlliflərini həvəsləndirməkdir.
Festival 2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ərəfəsində ölkəmizin idman potensialına diqqəti cəlb etməyi də qarşısına məqsəd qoyub.
Festivala təqdim olunan filmlər kinematoqrafçılar və idman ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən 5 kateqoriya üzrə qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə üç filmi müəyyən edəcək. Qaliblərə diplom, xatirə hədiyyəsi və pul mükafatları təqdim olunacaq. Ən yaxşı ekran işi “Qran-pri”yə layiq görüləcək.
Tədbir çərçivəsində seminarlar, film müəllifləri ilə idman mütəxəssisləri və KİV təmsilçiləri arasında müzakirələr keçiriləcək.
Bakı beynəlxalq idman filmləri festivalı mənzil qərargahı Milan şəhərində yerləşən İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) üzvüdür.
Festivalla bağlı daha ətraflı məlumatı www.bisff.az saytından əldə etmək mümkündür.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar