Xəbər verdiyimiz kimi, rejissor Elçin Musaoğlunun “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Nabat” bədii filmi sentyabr ayında 71-ci Venesiya kinofestivalında nümayiş olunub.

İtaliyanın “Artslife” onlayn jurnalında film barədə “Nabat: müharibəyə qarşı mübarizə aparan tənha qadın” sərlövhəli məqalə dərc olunub. Məqalədə vurğulanır ki, rejissor Elçin Musaoğlu Venesiyaya bir qadının öz kəndinə olan sevgisindən, oğlu da daxil olmaqla Vətənin ən yaxşı oğullarını ölümə sürükləyən müharibəyə qarşı apardığı ağrılı mübarizədən bəhs edən hekayə ilə gəlib. Filmdəki hadisələrin hansı ölkədə baş verməsindən asılı olmayaraq, törətdiyi faciələrə görə müharibəni rədd edir.
Qeyd edək ki, ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. O isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən düşmən uzun müddət kəndə girməyə qorxur. Film Azərbaycan qadınının şücaətini, qəhrəmanlığını bir daha təsdiq edir.
Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat (İran), quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digər aktyorlar canlandırıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar