Xəbər verildiyi kimi, oktyabrın 23-də 27-ci Tokio beynəlxalq kinofestivalı (TİFF 2014) işə başlayıb. Oktyabrın 31-dək davam edəcək festivalın proqramına rejissor Ceyhun Musaoğlunun “Nabat” bədii filmi də daxil edilib.
Oktyabrın 24-də festival çərçivəsində Yaponiya paytaxtındakı “Toho sinemas” kinoteatrında “Nabat” filminin təqdimatı keçirilib. “Nabat”ın Tokio festivalında müsabiqə proqramı çərçivəsində nümayişi ekran əsərinin ilk Asiya təqdimatıdır. Təqdimat mərasimində filmin rejissoru Elçin Musaoğlu, baş rolun ifaçısı Fatimə Motamed Arya iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar