Gədəbəy Aşıq Məktəbində bu il ilk məzun buraxılışı olacaq. Məktəbin direktoru Etibar Əliyev bildirib ki, 40 gənc aşıq ixtisası üzrə tədris ocağını bitirəcək.

2014/2015-ci tədris ilindən fəaliyyətə başlayan və beşillik tədrisə əsaslanan məktəbin hazırda 183 şagirdi var. Tədris prosesində gənclərə aşıq sənətinin həm nəzəri, həm də praktik əsasları öyrədilib. Gənc aşıqlar həm saz havalarını ifa etməyi, həm də Azərbaycanın məhəbbət və qəhrəmanlıq dastanlarını mənimsəyiblər.