Prezident İlham Əliyev mayın 17-də Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə Fəxri xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını, Bakı şəhərindəki küçələrdən birinə bəstəkarın adının verilməsini təmin etmək, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə paytaxtda Arif Məlikovun heykəlinin ucaldılmasını və Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə sənətkarın adının verilməsini təmin etmək tapşırılıb.