Çin Xalq Respublikasının Sian şəhərində beynəlxalq “İpək Yolu” film festivalı keçirilib. İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəni münasibətləri, kino istehsalı sahəsində əlaqələri genişləndirmək məqsədi daşıyan festivala 25 ölkədən 147 film təqdim olunub.
Festivalda ölkəmizdən iki ekran əsəri - rejissor Asif Rüstəmovun “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı “Axınla aşağı” tammetrajlı və Fariz Əhmədovun “Mayak” qısametrajlı bədii filmi nümayiş olunub. Nümayişdən əvvəl Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov və Azərbaycan Dövlət Film Fondunun direktoru Rasim Salmanov çıxış edərək ölkəmizin kino tarixi barədə danışıblar.
Fariz Əhmədovun “Mayak” filmi “Ən yaxşı ssenari” və “Tamaşaçı rəğbəti” mükafatlarına layiq görülüb. Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu Fariz Əhmədovun diplom işi olan film Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran-2011” müsabiqəsinin qalib layihələrindən biridir. Filmin mövzusu mürəkkəb ata-oğul münasibətidir.
Filmin ssenari müəllifi Esmira Əyyub, operatoru Nizami Abbas, rəssamı İbrahim Eminov, bəstəkarı Rauf Əliyevdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar