Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilib.
ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə və MEMİM-in direktoru Asif Usubəliyev çıxış edərək universitet tələbələrinin könüllülük hərəkatında fəal iştirakının əhəmiyyətindən bəhs ediblər.
Mərkəzin elmi katibi Cavid Əliyev “Mədəniyyət fədailəri könüllülük kontekstində”, şöbə müdiri Nurəddin Babazadə “Mədəniyyətdə könüllülük” mövzularında, sektor müdiri Ceyhun Əhmədov “Könüllülük: yerli və beynəlxalq təcrübə” adlı təqdimatla çıxış edib.
Tədbir çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nəzdində yaradılmış “Bölgə” teatr truppasının təqdimatı keçirilib.