Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə 18-21 noyabr tarixində Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF) keçiriləcək.
İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) üzvü olan Bakı festivalı gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.
Festivala 33 ölkədən 115 film daxil olub. Seçim komissiyası 23 ölkəni təmsil edən 48 filmi seçərək müsabiqəyə buraxıb. Filmlər 5 kateqoriya üzrə bölüşdürülüb: bədii film, idman və şəxsiyyət, idman və dünya, TV filmləri, milli film.
Festival günlərində müsabiqə filmlərinin nümayişi ilə yanaşı Nizami Kino Mərkəzində dünyanın məşhur foto ustalarının idman mövzusunda olan işlərindən ibarət sərgi təşkil olunacaq. Tanınmış idman xadimləri, Olimpiya və dünya çempionları, həmçinin Avropa ölkələrinin Milli Olimpiya komitələrinin rəsmi nümayəndələri və FİCTS-nin rəhbərliyinin festivalda iştirakı gözlənilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar