Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 28 May – Respublika Gününə həsr olunmuş “Zəriflik” adlı fotosərgi keçirilib. Akademiyanın İncəsənət fakültəsi və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) dəstəyi ilə gerçəkləşən sərgidə 40-dan çox əsər nümayiş etdirilib.
BXA-nın tədris işləri üzrə prorektoru Sevda Sadıxbəyova və AFB-nin sədr müavini Rauf Umud çıxış edərək sərgi haqqında məlumat veriblər. Bildirilibb ki, BXA-nın yeni açılmış İncəsənət fakültəsinin tələbələri üçün foto üzrə ustad dərsləri keçirilib və sərgidə yeddi tələbənin akademiyanın fəaliyyəti ilə bağlı çəkdikləri fotolar nümayiş olunur.
Tədbirdə çıxış edən Xalq rəssamı Ağaəli İbrahimov sərginin əhəmiyyətini qeyd edib.
Sərgi iştirakçılarına AFB tərəfindən sertifikatlar, Rəssamlar İttifaqının diplomları təqdim olunub. Sonda sərgiyə baxış keçirilib.