“Mozalan” kinojurnalı ən yaxşı bədii süjet ssenariləri müsabiqəsi elan edib.
Müsabiqə kinojurnal üçün yeni müəllif qüvvələrini aşkara çıxarmaq və onlarla əməkdaşlıq etmək məqsədi daşıyır. Müsabiqədə peşəkar dramaturqlarla yanaşı, özünün bacarığına əmin olan, bizi əhatə edən həyatda gördüyü gülməli əhvalatları ssenari şəklinə salmağı bacaran digər şəxslər də iştirak edə bilər.
Müsabiqə noyabrın 15-dən dekabrın 31-dək keçiriləcək. Ən yaxşı ssenarilər ekranlaşdırılacaq, qaliblər 800-1000 manat qonorar alacaqlar.
Ssenarilərin həcmi 2 çap səhifəsindən artıq olmamalıdır. İştirak etmək üçün yaş və dil məhdudiyyəti qoyulmur.
Müsabiqəyə təqdim olunan ssenarilər müəlliflər tərəfindən ad və soyad göstərilməklə imzalanmalı və əlaqə telefonları qeyd edilməlidir.
İştirakçılar müsabiqəyə bir və daha çox ssenari təqdim edə bilər.
Müsabiqəyə təqdim olunan işlər mozalan.m@gmail.com elektron ünvanına və ya “Mozalan” studiyasının ünvanına göndərilir: Moskva pr.1, AZ1012, Bakı şəhəri.
Əlaqə telefonları: +994 125301341
Qaliblərin adları 2015-ci il yanvarın 15-dək www.azerbaijanfilm.az saytında və «Mədəniyyət» qəzetində açıqlanacaq.