Azərbaycanlı rejissor Elmar İmanovun “Mövsümün sonu” filmi iyunun 14-21-də Rusiyanın İvanovo şəhərində keçiriləcək Andrey Tarkovski adına “Zerkalo” XIII Beynəlxalq Kinofestivalında nümayiş olunacaq.

Festivalın müsabiqə proqramına 9 film təqdim olunub. Festivalda Fransa, Niderland, Almaniya, Rusiya, İsveçrə və digər ölkələrin filmləri də nümayiş olunacaq. “Mövsümün sonu” Azərbaycan, Almaniya və Gürcüstan kinematoqrafçılarının birgə istehsalıdır.