Xətai Sənət Mərkəzində (XSM) gənc rəssam Fatimə Mahmudovanın “Mənim rəngarəng dünyam” adlı fərdi rəsm sərgisi keçirilib. Sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Mərkəzin direktoru Zahid Əvəzov gənc rəssamın yaradıcılığı və ilk fərdi sərgisi ilə bağlı fikirlərini bölüşüb. O, rəssamın Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin yaratdığı Uşaq yaradıcılıq rəsm studiyasının tələbəsi olduğunu qeyd edib.
Uşaq yaradıcılıq rəsm studiyasının rəhbəri, gənc rəssamın müəllimi Əbdül Şərifov çıxış edərək tələbəsinin yaradıcılığından danışıb. Bildirib ki, sərgidə F.Mahmudovanın 70-dək rəsm əsəri yer alır.
Sonda gənc rəssam sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.