Ramazan ayının özəlliklərindən biri də milli adət-ənənələrimizdən irəli gələn insanları, xüsusən diqqətə ehtiyacı olan şəxsləri yada salmaqdır. Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Aprel döyüşlərində şəhid olmuş igidlərimizin ailələri ziyarət edilib.
Müğənnilər Elnur Məmmədov, Amil Həsənoğlu, kikboksinq üzrə altıqat dünya çempionu Pərviz Abdullayevin idarənin əməkdaşları ilə birlikdə ailələrlə görüşü, məzhəkəçinin uşaqlarla məzəli söhbətləri şəhid balalarının qəlbinə sevinc, körpə dodaqlarına təbəssüm qondurub.
Vətən torpağı uğrunda şəhid olmuş igidlərimiz hər zaman qəlbimizdə yaşayır, onların övladlarına qayğı göstərib, valideynlərinə layiq böyüməsinə dəstək olmaq hər birimizin müqəddəs borcudur.