Mayın 27-dən 31-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində “Uşaq kinosu həftəsi” keçirilib.

16 mədəniyyət müəssisəsində Azərbaycan və rus dillərində ümumilikdə 37 seansda “Dərs” filmi nümayiş olunub.

Filmin rejissoru Xalq artisti Rafiq Əliyev, montaj rejissoru Elşad Rəhimov, yazıçı Lalə Ümüd və məktəblərdə çalışan psixoloq müəllimlər məktəblilərlə görüş zamanı keçirilən diskussiyalarda uşaqları maraqlandıran sualları cavablandırıblar.