Serbiyalı rejissor Emir Kusturitsa 2020-ci ildə Çingiz xan haqqında çəkdiyi filmini təqdim edəcək. Film böyük qırğız yazıçısı Çıngiz Aytmatovun povesti əsasında çəkilir.

“Məndə Çingiz xan haqqında film çəkmək ideyası yaranıb. Bu şəxsiyyətə böyük bir film həsr etmək fikrindəyəm”, - deyə məşhur rejissor bildirib. Onun sözlərinə görə, filmin çəkilişləri Rusiyada da aparılır.

Kusturitsa rejissorluqla yanaşı 20-dən çox filmə ssenari yazıb. Onun ekran əsərləri iki dəfə Kann kinofestivalında “Qızıl palma budağı”na layiq görülüb, Avropada bir çox festivallarda mükafatlar qazanıb.

SƏBİNƏ