Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 2019-cu il iyun ayının 21-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Balakən rayon Mədəniyyət Mərkəzində (Balakən şəhəri, Heydər Əliyev prospekti 42) Balakən və Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Həmin gün saat 11:00-da mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki şəhər Heydər Əliyev Mərkəzində (Şəki şəhəri, Heydər Əliyev prospekti 216) Şəki şəhəri və Oğuz rayonundan, nazirin müavini Rafiq Bayramov Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, N.Nərimanov küçəsi 4) Qax rayonundan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi 147), (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra

№-si

 Şəhər (rayon)

 Əlaqələndiricişəxs

 Əlaqə  telefonu

 1.

 Balakən rayonu

 Şəfəq Hacıyeva

051-663-53-33

024-295-17-23

 2.

 Zaqatala rayonu

 Fizzə Mahmudova

055-570-07-37

024-225-24-32

 3.

 Şəki şəhəri

 Mirvari Zeynalova

055-462-07-00

024-244-21-60

 4.

 Oğuz  rayonu

 Ulduz Baxışova

050-547-18-14

024-215-21-00

 5

 Qax rayonu

 Dilarə Əzizova

055-681-96-93

024-255-22-83