Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Sumqayıt 70” layihəsi çərçivəsində silsilə tədbirlər davam edir.
Nizami Gəncəvi adına Kitabxana-klubda yazıçı-publisist, ssenarist, Əməkdar jurnalist Eyruz Məmmədovla görüş keçirilib. Qeyd olunub ki, sənədli filmlərin müəllifi, Qarabağla, Sumqayıtla bağlı tarixi əsərləri ilə tanınan Eyruz Məmmədov zəngin yaradıcılıq yolu keçib.
Layihə çərçivəsində kitabxanada “Həzin nəğmələrdə yaşayan şəhər” adlı şeir müsabiqəsi də keçirilib. Aişə Məmmədova I yerə, Fatimə Quliyeva II yerə, Nüsrət Ağazadə isə III yerə layiq görülüblər.
Heydər Əliyev Mərkəzində şəhər 4 saylı orta məktəblə birgə tədbir keçirilib. Şagirdlər şeir, musiqi və rəqslər ifa edib, kiçik səhnəciklər göstəriblər.