Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” bədii filmi 63-cü Mannheym-Heydelberq beynəlxalq film festivalında (International Filmfestival Mannheim-Heidelberg) üç mükafata layiq görülüb.
Noyabrın 6-dan 16-dək davam edən müsabiqənin münsiflər heyətinin rəyinə əsasən, filmə insan əzmliliyinin hekayəsini təsirli və dünyəvi şəkildə əks etdirən ən yaxşı ekran əsəri kimi “Mannheym-Heydelberq mükafatı” (Mannheim-Heidelberg Award) verilib. Bu, festivalın üç əsas mükafatından biridir.
“Nabat” həmçinin festivalın “Beynəlxalq kinotənqidçilər mükafatı”na (International Film Critics’ Prize) və Fransa, Almaniya, İsveç və Avstriyadan olan münsiflər heyətinin rəyinə əsasən, “Ecumenical Jury Award”a layiq görülüb.
Mükafatların təqdimat mərasimində filmin rejissoru Elçin Musaoğlu iştirak edib.
Qeyd edək ki, “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar