Misir hakimiyyəti 4 iyulda Londonda “Christie’s” hərrac evində satışa çıxarılacaq Tutanxamonun daşdan hazırlanan büstünü geri tələb edə bilər.

3 min yaşı olan büst Tutanxamonun timsalında günəş Allahı “Amon”un təsvirini əks etdirir.

“Financial Times” qəzetinin məlumatına əsasən, büstün qiyməti 4 milyon funt-sterlinq dəyərindədir. Hesab olunurdu ki, büst Misirin Luksor şəhərində, kilsədə yerləşirdi. Hazırda artefakt şəxsi kolleksiyadadır. Çox güman ki, büst kilsədən oğurlanıb.