Gəncə şəhərində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Mədəniyyət həftəsi” keçirilir.
Layihə iyunun 11-də Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı İsrafil Məmmədovun ev-muzeyində təşkil olunan seminarla başlayıb. “Dönməz iradə” adlı seminar qəhrəmanın 100 illik yubileyinə həsr olunub.
Seminarda Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini qeyd edib.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevin, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin iştirakı ilə keçirilən II Dünya müharibəsi veteranı Tofiq Hüseynov, AMEA-nın Gəncə bölməsinin nümayəndəsi Elnur Həsənov, Mir Cəlal Paşayevin “Ədibin evi” ev-muzeyinin nümayəndəsi Elnur İmambəyli, Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Nurəddin Babazadə, İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin direktoru Kəmalə İsgəndərova, İ.Məmmədovun ev-muzeyinin direktoru Eldəniz Babayev çıxış ediblər.
Sonda seminar iştirakçıları mərkəz tərəfindən fəxri diplomla təltif olunub.