Mayın 12-də Türkiyənin Niğde Universitetinin Təhsil bölümləri başqanı, dosent Rəcəb Özkan və Türkiyənin Kayseri şəhərinin Dəvəli bələdiyyəsinin mədəniyyət və sosial işlər müdiri Əli Orxan AMEA-nın Folklor İnstitutunun qonağı olublar.
İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu qonaqlarla görüşdə diqqətə çatdırıb ki, 2018-ci ildə Kayseridə keçirilmiş I Uluslararası “Develi-Aşık Seyrani və türk mədəniyyəti” konfransının davamı olaraq 2019-cu ilin oktyabrında keçirilməsi nəzərdə tutulan 2-ci konfransın AMEA Folklor İnstitutu ilə birgə təşkil olunması ilə bağlı müqavilə imzalanıb.
Görüşdə qonaqlar Kayseri etnoqrafiyasını özündə əks etdirən hədiyyələri instituta təqdim ediblər. Qonaqlara da Folklor İnstitutunun yeni nəşrləri hədiyyə olunub.
S.QALİBOĞLU