“Qanlı Yanvar” bədii filmi faciənin ildönümündə ekranlara çıxacaq

Dekabrın 2-də “Kempinski Badamdar” hotelində rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filminin yaradıcı və işçi heyəti ilə görüş keçirilib.

Görüşdə filmin çəkilişində iştirak edən amerikalı aktyor Lane Devies, türk kinosunun tanınmış siması Nəbahət Çehrə, habelə tanınmış iranlı kinooperator Afşin Əlizadə iştirak edib.
Rejissor Vahid Mustafayev bildirib ki, filmin çəkiliş kollektivi beynəlmiləl heyətdir: “Bu, onunla bağlıdır ki, çəkdiyimiz film təkcə Azərbaycana deyil, bütün dünyaya çox tanış olan bir mövzudur. Filmdə bu beynəlmiləl kollektivin iştirakı sözsüz ki, ekran əsərini Azərbaycan çərçivəsindən çıxarıb, beynəlxalq səviyyəyə qaldırır”.
Bildirilib ki, filmin 60 faizi çəkilib, ekran əsərinin təqdimatının 20 Yanvar faciəsinin 25-ci ildönümü ərəfəsində keçirilməsi planlaşdırılır. Filmin çəkilişlərinə yaradılan şəraitə görə Prezident İlham Əliyevə bütün heyət adından minnətdarlığını bildirən Vahid Mustafayev diqqətə çatdırıb ki, ekran əsəri bir çox xarici dillərə tərcümə olunaraq geniş coğrafiyada yayımlanacaq.
Filmdə rol alan tanınmış aktrisa Nəbahət Çehrə deyib: “Bu təklifi alanda qürur hissi keçirdim. Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Ağrı-acılarımız da birdir. Bu səbəbdən filmdə yaşananları qəlbən hiss edirəm. Filmdə iki övladını itirən ana rolunu canlandırıram. İnanıram ki, bu film beynəlxalq səviyyədə yüksək qiymətə layiq görüləcək”.
Amerikalı aktyor Leyn Devis bildirib ki, 20 Yanvar hadisəsi barədə ətraflı məlumat aldıqdan sonra çox təsirləndim. O belə bir tarixi hadisəni əks etdirən filmdə çəkilmək üçün dəvət almasından məmnun olduğunu deyib. Filmdə xarici jurnalist rolunu yaratdığını söyləyən aktyor qeyd edib ki, azadlıq və müstəqillik həmişə böyük mücadilə bahasına əldə olunur. İnanıram ki, bu film də yaxşı tarixi ekran əsəri olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar