Çinin Şanxay şəhərində iyunun 15-də başlanan 22-ci Beynəlxalq film festivalında (Shanghai International Film Festival 2019) müxtəlif proqramlar üzrə ümumilikdə 3 mindən çox film təqdim olunacaq.

“Qızıl qədəh” mükafatı uğrunda əsas müsabiqənin beynəlxalq münsiflər heyətinə Türkiyədən tanınmış kinorejissor Nuri Bilge Ceylan, italyan rejissor və ssenarist Polo Cenoviz və digərləri daxildir. Mükafat uğrunda Çin, Yaponiya, İtaliya, Almaniya, Braziliya və digər ölkələrin filmləri mübarizə aparır.

Festival çərçivəsində Asiya ölkələrinin ayrıca kino sərgiləri, Asiya film panoramı, film salonu və “Asiyanın yeni istedadları” mükafatı uğrunda müsabiqə də təşkil olunacaq.

İyunun 24-dək davam edəcək festival çərçivəsində “Bir kəmər, bir yol” film həftəsi də keçiriləcək. Ötən il festival çərçivəsində “Bir kəmər, bir yol” film festivalı alyansı təsis edilmişdi. Bu il 7 yeni üzvün qəbul edilməsi ilə alyansda təmsil olunan ölkələrin sayı 33-ə çatacaq.

SƏBİNƏ