Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılan “Rast. Niyazi” sənədli filminin təqdimatı keçirildi.

Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyaziyə həsr olunmuş filmin təqdimatında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli filmi yüksək dəyərləndirdi. Qeyd etdi ki, dahi musiqiçinin irsini gənc nəslə çatdırmaq, onu təbliğ etmək çox vacibdir: "Niyazi Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrinin böyük səhnələrində təbliğ etməyə nail olub. O həm də böyük maarifçi idi. Gənc nəslin musiqi duyumunun formalaşması üçün məktəblərdə onlar üçün konsertlər verirdi. İnsan kimi də çox sadə və səmimi bir şəxsiyyət idi".
Filmin bədii rəhbəri Eldar Quliyev çıxış edərək maestronun ona çox doğma insan olduğunu, kiçik yaşlarından dahi musiqiçini tanıdığını dedi, xatirələrini bölüşdü. Filmin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova, operatoru Yuri Varnovski ekran əsərinin ərsəyə gəlməsinə kömək edən hər kəsə təşəkkürlərini bildirdilər. Niyazinin "Qaytağı", "Etüd və vals", "Vətən haqqında mahnı" və digər əsərləri ifa olundu.
Sonra sənədli film nümayiş olundu. Filmdə dahi bəstəkar və dirijorun həyat və yaradıcılığı haqqında müfəssəl məlumatlar, görkəmli şəxslərin onun haqqında fikirləri yer alıb.
Qeyd edək ki, ekran əsərinin çəkilişləri Azərbaycanla yanaşı, Türkiyə və Rusiyada da aparılıb. Çəkilişlərdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin fond materiallarından istifadə olunub.

Fariz Hüseynov








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar