Gənc rejissor Ayşad Səfərəliyevin “İnikas” filmi IV “Qırğızıstan - qısametrajlı filmlər ölkəsi” beynəlxalq festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
“İnikas” filmi S.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya Universitetinin tələbəsi, həmyerlimiz Ayşad Səfərəliyevin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan diplom işidir. “Azərbaycanfilm” kinostudiyasından bildiriblər ki, qısametrajlı bədii film SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir.
Ekran əsərinin ssenari müəllifi Ayşad Səfərəliyev, operatoru Rauf Qurbanəliyev, rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova canlandırıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar