Sibir neftinin kəşfi ilə nəticələnmiş mürəkkəb yol miniatür kitaba yerləşdirilib. Məşhur geoloq, Sosialist Əməyi Qəhrəmanı, Lenin Mükafatı laureatı Fərman Salmanov barədə miniatür kitablar Surqut Diyarşünaslıq Muzeyinə təqdim edilib.

Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın yaradıcısı olduğu Miniatür Kitab Muzeyinin hədiyyəsi – əfsanəvi soydaşımız haqqında kitabın ölçüləri 50x60 millimetrdir. 296 səhifəlik miniatür nəşrdə 30 fotoşəkil də verilib.