İyunun 25-də Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranda” adlı kino proqramı çərçivəsində “Gənclərin qısa filmləri” axşamı təşkil olunacaq.
Tədbirdə gənc rejissorların son illərdə dövlət sifarişi ilə çəkdikləri və beynəlxalq festivallarda uğur qazanmış dörd filmi nümayiş etdiriləcək.
Tamaşaçılara “Ayaqqabı əməliyyatı” (rejissor Pərviz Həsənov, “Debüt” studiyası), “Balaca” (rejissorlar Orxan Ağazadə, Ruslan Ağazadə, “Azərbaycanfilm”), “Sənin sevdiyin musiqi” (Ceyhun Türksoy, “Azərbaycanfilm”) və “Estakada” (Fuad Tofiqoğlu, “Nərimanfilm”) təqdim olunacaq.