Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə mütəmadi olaraq müxtəlif ölkələrdən mütəxəssislər baş çəkirlər.
Elmi Bərpa Mərkəzinin növbəti qonaqları UNESCO-nun “Mədəni irsin mühafizəsi” proqramının gənc nümayəndələri olub. Qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olublar. Daha sonra nümayəndələr bərpaçı-rəssamlarla geniş təcrübə mübadiləsi aparıb və bu sahədə tətbiq edilən yeniliklər haqqında öz fikirlərini bölüşüblər.