Sumqayıt Dövlət Dram Teatrında dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə çıxış edən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Nəsimi humanizminin ümumbəşəri əhəmiyyətindən danışıb.
Ədəbi-bədii gecə Sumqayıt Dövlət Dram Teatr aktyorlarının hazırladığı kompozisiya və respublikanın tanınmış incəsənət ustalarının ifasında Nəsiminin qəzəllərindən nümunələrlə davam edib. Nəsimi obrazının təkrarsız ifaçısı Xalq artisti Rasim Balayevlə Xalq artisti Alim Qasımovun dueti hərarətli alqışlarla qarşılanıb.