Danimarkanın Lungbü şəhərində “İnteqrasiya Günü” münasibətilə tədbir keçirilib. Ölkəmizi tədbirdə ənənəvi olaraq Danimarka “Vətən” Cəmiyyəti təmsil edib.

Cəmiyyət tərəfindən yaradılan guşədə Azərbaycanın tarixi və mədəni zənginliyi, xalqımızın multikultural dəyərləri ilə bağlı, broşürlar və kitablar təqdim edilib. Cəmiyyətin nəzdində fəaliyyət göstərən “Cırtdan” uşaq yaradıcılıq qrupunun çıxışları mərasim iştirakçılarının böyük marağına səbəb olub.

Lungbü şəhər koordinatoru Line Barklund Azərbaycan guşəsinə gələrək diasporumuzun fəalları ilə söhbət edib. O, tədbirdə iştiraklarına görə “Vətən” Cəmiyyətinin fəallarına öz minnətdarlığını bildirib.

“İnteqrasiya Günü”nün keçirilməsində məqsəd Danimarkada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatları tərəfindən öz ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini ölkə əhalisinə nümayiş etməsi üçün şərait yaratmaqdır.