Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Qara bağ” bədii filminin çəkilişləri yekunlaşıb.

Kinostudiyadan bildirilib ki, dram janrında olan qısametrajlı filmin çəkilişləri Bakıda və Hacıqabul rayonunun Qızılburun kəndi yaxınlığındakı məcburi köçkün şəhərciyində aparılıb.
Film “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilib. Ekran əsərinin quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində məcburi köçkünlərin yaşayış tərzi, Qarabağ həsrəti bir sıra metaforik simvollarla göstərilir. Filmin adı “Qara bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfərov, Ayşad Məmmədov, Məzahir Həşimov, Svetlana Əliyeva, Səbinə Məmmədzadə və Soltan Əhməd canlandırıblar.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar