Lənkəranda YAP Yasamal rayon təşkilatı, şəhər İcra Hakimiyyəti və Milli Məclisin deputatı Rüfət Quliyevin dəstəyi ilə “Vətənpərvərlik etüdləri” adlı tədbir keçirilib.
Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların rəhbərlik etdiyi layihə iki ildir həyata keçirilir. Məqsəd bölgələrimizi daha yaxından tanımaq və kənd turizminin inkişafına dəstək olmaqdır.
Etüd iştirakçıları öncə Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi ilə yaxından tanış olublar. Daha sonra rəssamlar çay plantasiyalarında və Xanbulançay ətrafında rəsmlər çəkiblər.
S.QALİBOĞLU