Türkiyəli rejissor Engin Öztürk azərbaycanlı həmkarı Gülnarə Aydın Bağırovanın dəvəti ilə Bakıda olub. Bu barədə məlumat verən Gülnarə Aydın Bağırova bildirib ki, mart ayından başlayaraq E.Öztürk Bakıda gənc aktyor və rejissorlara televiziya və seriallar mövzusunda seminar-kurslar keçəcək. Bunlarla yanaşı, qardaş ölkənin məşhur aktyorları ilə görüşlər təşkil olunacaq. Həmin məşhurlar sırasında indiyədək türk seriallarından tanıdığımız simalar da olacaq.
Azərbaycanda ortaq serial və filmlər çəkmək niyyətində olduğunu bildirən Türkiyəli rejissor deyib: “İlk növbədə ortaq bir sevgi hekayəsindən bəhs edən film çəkmək istəyirəm. Bunun üçün Azərbaycanda güclü ssenarist axtarışındayam”.
Engin Öztürk “Adını Feriha qoydum”, “Ümidsiz ev qadınları”, “Bir eşq hekayəsi”, “Güllərin savaşı” kimi serialların, eləcə də “Nəşəli həyat”, “Bəyaz mələk” kimi filmlərdə quraşdırma səhnələrin rejissorudur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar