UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası günlərində bölgələrdə də ölkəmizin beynəlxalq təşkilatla əməkdaşlığından, dünya xəzinəsindəki mədəni irs nümunələrimizdən bəhs edən tədbirlər təşkil edilir.
Ağstafa rayon Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının ölkəmizin ictimai-siyasi həyatında, mədəniyyətimizin dünyaya tanıdılmasında əhəmiyyətini vurğulayıb. İdarənin rəis müavini Gülgün Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, digər çıxış edənlər bu mötəbər tədbirin paytaxtımızda keçirilməsinin ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisi olduğunu qeyd ediblər.
***
Astara şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycanın böyük mədəni irsi və UNESCO” mövzusunda tədbir keçirilib. Mərkəzin direktoru Kübra Əliyeva, fond baş mühafizi Elza Kazımova mövzu ilə bağlı çıxış ediblər. Mərkəzdəki rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış olub, dərnəyi bitirənlərə sertifikatlar verilib.
***
Zaqatalada rayon Mərkəzi Kitabxanası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə konsert keçirilib. “Dünya xalqlarının rəqsləri uşaqların ifasında” adlı konsert proqramında balacaların ifasında müxtəlif ölkə xalqlarının rəqsləri nümayiş olunub.