Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsində hazırlanmış “Azərbaycan musiqi tarixi” çoxcildliyinin növbəti – dördüncü cildi çapdan çıxıb.
Kitabda ötən əsrin 50-60-cı illərindən sonra bəstəkarlarımızın yaradıcılığının və bu dövrün musiqi həyatının ümumi mənzərəsi, mövcud janrların təhlili və inkişaf təmayülləri yer alıb. Layihənin rəhbəri və elmi redaktoru akademik Zemfira Səfərovadır.