“Mozalan” kinojurnalının ən yaxşı bədii süjet ssenariləri müsabiqəsi başa çatıb. Müsabiqə kinojurnal üçün yeni müəllif qüvvələrini aşkara çıxarmaq və onlarla əməkdaşlıq etmək məqsədi daşıyır.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, müsabiqəyə daxil olan ssenarilərin sayının çox olması ilə əlaqədar nəticələr yanvar ayının sonunda elan ediləcək. Qaliblərin adları www.azerbaijanfilm.az saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq.
Noyabrın 15-də elan olunan müsabiqədə peşəkar dramaturqlarla yanaşı, özünün bacarığına əmin olan, bizi əhatə edən həyatda gördüyü gülməli əhvalatları ssenari şəklinə salmağı bacaran digər şəxslər də iştirak edə bilərdilər. Ən yaxşı ssenarilər ekranlaşdırılacaq, qaliblər 800-1000 manat qonorar alacaqlar.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar