Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə "Əsgərin şücaəti" adlı tammetrajlı bədii filmin istehsalı davam etdirilir.
Əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılan film İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Kinolentin bu mayın 9-da tamaşaçılara təqdim olunması nəzərdə tutulub. Hazırda filmin qış səhnələrinin çəkilişlərinə hazırlıq işləri aparılır.
Ekran əsərinin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, prodüseri Müşfiq Hətəmovdur. Baş rolu Dövlət Pantomima Teatrının aktyoru Bəhruz Vaqifoğlunun canlandırdığı filmdə Almaniya və Rusiya aktyorları da rol alıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar