Türkiyə mediası Dünya İrs Komitəsinin 43-cü sessiyasının iyulun 7-də keçirilən iclasında Azərbaycanın təqdim etdiyi “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESCO-nun Dünya irs siyahısına daxil edilməsinə böyük diqqət ayırıb.

Anadolu agentliyi, NTV, “TRT Avaz” kanalları, digər kütləvi informasiya vasitələri bu barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası Türkiyə mediasında geniş işıqlandırılır.

***

Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESCO siyahısına daxil edilməsi bütün türk dünyasının uğurudur. Bu tarixi nailiyyətin əldə olunması bir tərəfdən Azərbaycanın qədim tarixinin və mədəniyyətinin mövcudluğunun, digər tərəfdən isə dövlətin öz zənginliyinə sahib olmasının göstəricisidir.

Bu fikri Əskişəhərdə fəaliyyət göstərən Əmirdağ Kültür və Sənət Dərnəyinin (ESAB) rəhbəri, yazıçı-publisist Əhməd Urfalı ifadə edib.

Bu nailiyyət münasibətilə xalqımıza təbriklərini çatdıran Ə.Urfalı deyib ki, Azərbaycanın UNESCO ilə çoxtərəfli əməkdaşlığı təqdirəlayiq haldır. Bu əməkdaşlıqda Heydər Əliyev Fondunun gözəl bir ənənə yaratdığını diqqətə çatdıran yazıçı-publisist əmin olduğunu bildirib ki, tezliklə Qarabağ problemi həllini tapacaq və işğaldan azad olunan Azərbaycan torpaqlarındakı abidələr də UNESCO tərəfindən yüksək dəyərini alacaq