Türkiyəli mütəxəssis Mehmet Rıhtımın “Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və “Şəfa əl-əsrar” (“Sufiliyin sirləri”) adlı əsəri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şurasının qərarı ilə “Elm” nəşriyyatında çapdan çıxıb. AMEA-dan bildiriblər ki, kitaba “Təsəvvüfün mahiyyəti, inkişafı, təsirləri”, “Azərbaycanda təsəvvüfün qısa tarixi”, “Seyid Yəhya Bakuvi və “Şəfa əl-əsrar” əsəri haqqında tədqiqatlar, eləcə də Seyid Yəhya Bakuvinin “Şəfa əl-əsrar” əsərinin mətni daxil edilib.