İsveçrənin www.travel-blog.ch səyahət portalında “Şəki Xan sarayı UNESCO-nun Dünya irs siyahısına daxil edilib” adlı məqalə verilib.

Oxucuların diqqətinə çatdırılır ki, öz əsrarəngiz memarlıq üslubu ilə Şəki Xan sarayı Azərbaycanın tarixi və memarlıq abidələri içərisində xüsusi yerə malikdir.

Vurğulanır ki, bu abidə Azərbaycan rəngkarlığı və xalq sənətinin nadir incilərindən biridir.

Məqalədə UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində qəbul edilən qərarlar və bu qərarların dünya mədəni irsi üçün əhəmiyyətindən bəhs edilib.

Daha sonra Şəki şəhərinin tarixi, Xan sarayı və şəhərin qədim memarlıq abidələri haqqında oxuculara ətraflı məlumat verilib, Şəki xanlarının memarlıq zövqü və burada tətbiq olunmuş üslublar və şəbəkə barədə bəhs edilib.