Prezident İlham Əliyev iyulun 11-də Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.
Mərkəz ölkəmizin daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədilə yaradılır.
Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.
Qeyd edək ki, ölkəmizin Fransanın paytaxtı Parisdə, Avstriyanın paytaxtı Vyanada, Özbəkistanın paytaxtı Daşkənddə mədəniyyət mərkəzləri fəaliyyət göstərir.