Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında 7-12 və 12-17 yaş qruplarından ibarət dərnək üzvləri arasında “Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm üzrə etüd pleneri keçirilib.
Plener şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşdırılması məqsədilə təşkil edilib.
Şagirdlərə məlumat verilib ki, muxtar respublikada 1200-dən artıq tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu abidələrdən 57-si dünya, 496-sı ölkə əhəmiyyətlidir. Bu abidələr xalqımızın keçmişinin, qədim mədəniyyətinin göstəricisi, daş yaddaşıdır.
Sonra şagirdlər Möminə xatın türbəsinin, Xan sarayının, daş eksponatların rəsmlərini çəkiblər.