İstanbulda Müasir İncəsənət Muzeyinin (İstanbul Modern) əsası 1987-ci ildə keçirilən Beynəlxalq biennale ilə qoyulub.

2003-cü ildə Memar Sinan İncəsənət Akademiyasının yaxınlığında yerləşən gömrük anbarı olan bina muzeyə çevrilib. 8 min kvadratmetr sahəyə malik binada fəaliyyət göstərən muzey 2018-ci ilin may ayından etibarәn Bәyoğlu sәmtindәki müvәqqәti mәkanına köçüb. Muzey yeni bina tamamlananadәk fәaliyyәtini mәdәniyyәt vә sәnәtin beşiyi hesab edilәn Beyoğlunda davam etdirәcәk.

İstanbul Modern müasir sәnәt sahәsindәki eksponatlarının sәrgilәndiyi bölmәlәri, fotoqalereyası, tәhsil vә sosial proqramları, kitabxana, kinoteatr, restoran vә mağazası ilә sәnәtsevәrlәrә xidmәt edərək, hәmçinin dünyanın әhәmiyyәtli muzeylәrindә hәyata keçirdiyi layihәlәrlә Türkiyәnin tanınması vә mәdәni turizminin inkişafına töhfәlәr verir.

Mehparə SULTANOVA
Ankara