İstanbul Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin üzvləri Beynəlxalq Tələbə Dərnəkləri Federasiyası (UDEF) tərəfindən təşkil edilən XII Beynəlxalq Tələbə Görüşü və digər əhəmiyyətli tədbirlərdə aktiv iştirak etdiklərinə görə mükafatlandırılıblar. Birlik “Ən yaxşı çıxış edən ölkə” nominasiyası üzrə təltif olunub.
“Ən yaxşı çıxış edən ölkə” nominasiyası üzrə sertifikat Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin qurucusu Rəşid Həsən Mustafazadəyə təqdim edilib. Eyni zamanda, birliyin fəal üzvləri təşəkkürnamələrlə təltif olunub.
Xatırladaq ki, bu ilin aprel ayında İstanbulda UDEF tərəfindən təşkil edilən XII Beynəlxalq Tələbə Görüşündə 70-ə yaxın ölkə təmsil olunmuşdu.