Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi Budapeştdə fəaliyyət göstərən Avropa Folklor İnstitutu ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Məmməd Adilovun “Macarıstanda Azərbaycan-türk əlyazmaları” kitabçasını macar dilində nəşr etdirib.
   AMEA-dan verilən məlumata görə, kitabça müvafiq kataloji məlumat əsasında Azərbaycan mədəniyyət tarixinin təbliği məqsədi ilə hazırlanıb.