Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un kuboku uğrunda ənənəvi at yarışması təşkil olunub.
Sayca üçüncü dəfə keçirilən yarışmanın açılış mərasimində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran, TÜRKSOY-a üzv ölkələrin bu təşkilatdakı nümayəndələri iştirak ediblər.
Ankara 75-ci il hipodromunda gerçəkləşən yarışdan əvvəl TÜRKSOY ölkələrinin ənənəvi at oyunlarını əks etdirən fotosərgiyə baxış keçirilib.
At yarışmasının qalibləri mükafatlandırılandan sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tatarıstandan (Rusiya Federasiyası) olan musiqiçilərdən ibarət TÜRKSOY-un Gənclik Kamera Xoru konsert proqramı ilə çıxış edib.