İyu­lun 23-də Gə­də­bəy ra­yon Hey­dər Əli­yev Mər­kə­zin­də Mə­də­niy­yət üz­rə El­mi-Me­to­di­ki və İx­ti­sa­sar­tır­ma Mər­kə­zi­nin (ME­MİM) və Şəm­kir Re­gional Mə­də­niy­yət İda­rə­si­nin bir­gə tə­şəb­bü­sü ilə “Müasir xid­mət­lər, ye­ni me­tod­lar” ad­lı tə­lim və mər­kəz tə­rə­fin­dən ha­zır­la­nan me­to­di­ki töv­si­yə­lə­rin təq­di­ma­tı ke­çi­ri­lib.

ME­MİM-in di­rek­to­ru Asif Usubə­li­yev çı­xış edə­rək bil­di­rib ki, tə­li­min təş­ki­lin­də məq­səd mə­də­niy­yət müəs­si­sə­lə­ri­nin fəaliy­yə­ti­nin tək­mil­ləş­di­ril­mə­si, əmək­daş­la­rın pe­şə­kar­lıq sə­viy­yə­si­nin yük­səl­dil­mə­si­dir. Vur­ğu­la­nıb ki, bu is­ti­qa­mət­də müx­tə­lif tə­yi­nat­lı me­to­di­ki töv­si­yə­lər ha­zır­la­nır.

Təd­bir­də “Mə­də­niy­yə­tin təb­li­ğin­də Fa­ce­book so­sial şə­bə­kə­si­nin ro­lu və təh­lü­kə­siz is­ti­fa­də qay­da­la­rı”, “Mə­də­niy­yət müəs­si­sə­lə­ri üçün təq­di­mat­la­rın ha­zır­lan­ma­sı­nın müasir üsul və me­tod­la­rı”, “Məh­dud fi­zi­ki im­kan­lı şəxs­lə­rin so­sial-mə­də­ni hə­ya­ta adap­ta­si­ya­sın­da mu­zey və mu­zey tip­li müəs­si­sə­lə­rin ro­lu”, “Hey­dər Əli­yev mər­kəz­lə­rin­də ulu ön­dər məf­ku­rə­si­nin və azər­bay­can­çı­lıq ideolo­gi­ya­sı­nın təb­li­ği yol­la­rı”, “Mə­də­niy­yət müəs­si­sə­lə­rin­də ic­ti­maiy­yət­lə əla­qə­lər işi­nin təş­ki­li üz­rə il­kin bi­lik­lər” və s. me­to­di­ki töv­si­yə­lər təq­dim edi­lib.

Qeyd edək ki, in­di­yə­dək Mə­də­niy­yət üz­rə El­mi-Me­to­di­ki və İx­ti­sa­sar­tır­ma Mər­kə­zi tə­rə­fin­dən 80-ə ya­xın müx­tə­lif me­to­di­ki töv­si­yə ha­zır­la­nıb. Bu və­sait­lər­lə mər­kə­zin say­tın­da (memm.az) ta­nış ol­maq olar.