27-28 iyul tarixində Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində “Regional mətbəx festivalı” keçiriləcək.
“Şahdağ Quba” hotelinin baş sponsorluğu ilə şəhərin Nizami parkında gerçəkləşəcək festivala təşkilatçılığı Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba Destinasiya Menecmenti Təşkilatı, tərəfdaşlığı isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi edir.
Dövlət Turizm Agentliyindən bildirilib ki, festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsi peşəkarlarının məhsulları nümayiş olunacaq. “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunacaq.
Azərbaycan Milli Konservatoriyasının ustad heyəti – Xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Zemfira İsmayılova, Anar Şuşalı, Təyyar Bayramov, Elçin Həşimov, Elnur Əhmədov, estrada müğənniləri Ədalət Şükürov, Sevda Yəhyayeva, Aynur Dadaşova, Sevinc və Sevil Səfərova bacıları və digərləri ifaları ilə festivala rəng qatacaqlar.
Festivalın ikinci günündə “Şahdağ Quba” hotelində aşpaz və mütəxəssislər üçün ustad dərsləri keçiriləcək.